Suma Çakrabarti: “Azərbaycan iqtisadiyyatın neft sektorundan asılılığını azaltmaq üçün tədbirlər görür”

Suma Çakrabarti: “Azərbaycan iqtisadiyyatın neft sektorundan asılılığını azaltmaq üçün tədbirlər görür” “Azərbaycan iqtisadiyyatının neftdən olan aslılığını azaltmaq üçün onun şaxələndirilməsi sahəsində tədbirlər həyata keçirir”.
Biznes
22 Noyabr , 2019 19:00
Suma Çakrabarti: “Azərbaycan iqtisadiyyatın neft sektorundan asılılığını azaltmaq üçün tədbirlər görür”

“Azərbaycan iqtisadiyyatının neftdən olan aslılığını azaltmaq üçün onun şaxələndirilməsi sahəsində tədbirlər həyata keçirir”.

“Report” xəbər verir ki, bunu bu gün Londonda keçirilən Şərq Tərəfdaşlığı Sammitində çıxışı zamanı Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Suma Çakrabarti deyib.

“Şərqi Avropa və Qafqazdan olan “Şərq tərəfdaşlığı” ölkələri iqtisadi potensialın artırılmasına yönəldilən islahatlardan sonra xarici investisiyalar üçün cəlbediciliyi daha da artır”, - deyə Suma Çakrabarti bildirib.

O, investorları və sahibkarları bölgənin böyük potensialından istifadə etməyə çağırıb. EBRD prezidenti “Şərq Tərəfdaşlığı” ölkələrini yaxşı idarəçilik və qanunun aliliyini bundan sonra da təşviq etməyə, iqtisadi və insan kapitalına daha çox sərmayə qoymağa və ətraf mühitə diqqət yönəltməyə çağırıb.

Onun sözlərinə görə, bu, iqtisadi artıma təkan verməklə yanaşı, eyni zamanda bu ölkələrdə yüksək təhsilli gənclərin başqa yerlərə köçmək əvəzinə, öz ölkələrinin iqtisadiyyatlarına investisiya yatırmalarına həvəsləndirəcək.

Xatırladaq ki, bu gün Şərq Tərəfdaşlığı təşəbbüslərinin 10 illiyinə həsr olunmuş Sammit işə başlayıb.

Gürcüstan, Belarus, Ermənistan, Moldova və Ukraynanın rəsmi şəxslərinin qatıldığı tədbirdə Azərbaycanı Baş Nazir Əli Əsədov təmsil edir. O, EBRD-nin baş iqtisadçısı Beata Yavorcikin (Beata Javorcik) moderatorluq etdiyi “Şərq Tərəfdaşlığı Liderlərinin plenar sessiyası”nda “İnkişafı sürətləndirmək: investorlar üçün imkanlar” mövzusunda çıxış edib.

Xatırladaq ki, EBRD bu vaxta qədər Şərq Tərəfdaşlığı ölkələrində reallaşan 1200-dən çox layihəyə 26 mlrd. avro investisiya yatırıb.

Son xəbərlər

Orphus sistemi