Strateji Yol Xəritəsi üzrə müzakirələr davam etdirilib

Strateji Yol Xəritəsi üzrə müzakirələr davam etdirilib Bakı. 8 fevral. REPORT.AZ/ Azərbaycanda kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi üzrə nəzərdə tutulmuş tədbirlərin icrası üzrə İqtisadiyyat Nazirliyində yaradılmış işçi qrupunun növbəti iclası keçirilib. 
Biznes
8 Fevral , 2018 14:28
Strateji Yol Xəritəsi üzrə müzakirələr davam etdirilib
Report

Bakı. 8 fevral. REPORT.AZ/ Azərbaycanda kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi üzrə nəzərdə tutulmuş tədbirlərin icrası üzrə İqtisadiyyat Nazirliyində yaradılmış işçi qrupunun növbəti iclası keçirilib. 

Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Təhsil, Maliyyə, Vergilər və Ədliyyə nazirlikləri, Maliyyə Bazarlarına Nəzarət Palatası, Əmlak Məsələləri Dövlət Komitəsi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələrinin iştirak etdiyi iclasda İqtisadiyyat Nazirliyinin əlaqələndiricisi olduğu bu Strateji Yol Xəritəsi üzrə tədbirlərin icrası üzrə görülmüş işlər müzakirə edilib, nəzərdə tutulan işlərə dair fikir mübadiləsi aparılıb.

Strateji yol xəritələrində İqtisadiyyat Nazirliyinin icraçı olduğu tapşırıqların icra vəziyyətinin Nazirlik üzrə aidiyyəti əlaqələndirici struktur bölmələrin və icraçıların iştirakı ilə müzakirəsinin aparılması tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi