Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri “Caspian European Club” un biznes-forumunda iştirak edəcək

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri “Caspian European Club” un biznes-forumunda iştirak edəcək Bakı. 1 mart. REPORT.AZ/ Martın 7-də “Caspian European Club” çərçivəsində Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun iştirakı ilə biznes-forum keçiriləcək.
Biznes
1 Mart , 2018 12:41
Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri “Caspian European Club” un biznes-forumunda iştirak edəcək

Bakı. 1 mart. REPORT.AZ/ Martın 7-də “Caspian European Club” çərçivəsində Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun iştirakı ilə biznes-forum keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə “Caspian European Club”un sədrinin I müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Onun sözlərinə görə, “Caspian European Club”un sahə klubların iclasları çərçivəsində irəli sürülmüş problem və təkliflərin müzakirəsi nəticəsində təşəbbüs göstərilmiş bu görüş iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən şirkətlərin xahişi ilə təşkil olunub.

O, biznes-forumda Klub şirkətlərinin rəhbərlərinin standartlaşma, metrologiya və patent üzrə məsələlər üzrə təşəbbüs və təkliflərinin müzakirə olunacağını əlavə edib. T. Əliyev qeyd edib ki, forum çərçivəsində biznesmenlərə həmçinin onları maraqlandıran suallara cavab almaq imkanı yaradılacaq.

“Öz növbəmdə qeyd etmək istəyirəm ki, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ramiz Həsənov biznes-hakimiyyət dialoqunda fəal iştirak edir və şirkətlərin müraciət etdikləri bütün xahiş, problem və təkliflərə operativ reaksiya göstərirlər. Ümid edirəm ki, əməkdaşlıq bu formatda gələcəkdə də davam edəcək”, - deyə T.Əliyev bildirib.

Biznes-forumda "Caspian European Club"un saytında http://www.caspianenergy.org/index.php/2018-01-09-13-22-37/registration linki üzrə qeydiyyatdan keçmiş şirkətlər iştirak edə bilərlər.

Qeyd edək ki, “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. “Caspian European Club”, “Caspian American Club” və “Caspian Asian Club”un sədri Prezident İlham Əliyevdir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club”, “Caspian American Club” və “Caspian Asian Club” dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində iş aparır.

Son xəbərlər

Orphus sistemi