Son 4 il ərzində Azərbaycanda 49 min kiçik və mikro biznes yaradılıb

Son 4 il ərzində Azərbaycanda 49 min kiçik və mikro biznes yaradılıb Son 4 il ərzində Azərbaycanda 49 min kiçik və mikro biznes yaradılıb.
Biznes
25 Aprel , 2022 12:19
Son 4 il ərzində Azərbaycanda 49 min kiçik və mikro biznes yaradılıb
Sahil Babayev

Son 4 il ərzində Azərbaycanda 49 min kiçik və mikro biznes yaradılıb.

"Report" xəbər verir ki, bu barədə “Sahibkarlar Günü”nə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özünüməşğulluq proqramının icrasından danışarkən bildirib.

“Bu prosesə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) ciddi dəstək gəldi, birgə layihələr icra etdik. Dövlət qurumlarından Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi ilə də birgə layihələrimiz oldu. O cümlədən Dünya Bankını, BMT-nin İnkişaf Proqramını bu prosesə cəlb etdik. Bu gün 49 min kiçik və mikro təsərrüfat gələcək iqtisadi inkişafımız üçün ən təməl istiqamətlərdən biridir”, - deyə nazir bildirib.

O qeyd edib ki, bu gün Azərbaycanda hər il ən azı 100 min insan əmək bazarına daxil olur.

“Ötən müddət ərzində 1 000-ə qədər sahibkarımızla görüş olub. Əmək Məcəlləsinin təkmilləşdirilməsi, müxtəlif inzibati prosedurların yaxşılaşdırılması, müxtəlif asossiasiyalarla ortaq işin qurulması baxımından çox böyük faydalar əldə etmişik”, - S. Babayev əlavə edib.

Nazir qeyd edib ki, bu görüşlər nəticəsində ortaya çıxan 146 normativ akt artıq təsdiqlənib: “Növbəti dövrdə bu səmərəli fəaliyyətin nəticəsini addım-addım görəcəyik". 

Son xəbərlər

Orphus sistemi