“SOLITON LTD”yə maliyyə sanksiyası tətbiq edilib

“SOLITON LTD”yə maliyyə sanksiyası tətbiq edilib İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istehlak bazarında araşdırmaların aparılması tələb olunan sənəd və məlumatları təqdim etmədiklərinə görə mobil telefon cihazları bazarında fəaliyyət göstərən bir neçə
Biznes
8 aprel 2022 15:00
 “SOLITON LTD”yə maliyyə sanksiyası tətbiq edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istehlak bazarında araşdırmaların aparılması tələb olunan sənəd və məlumatları təqdim etmədiklərinə görə mobil telefon cihazları bazarında fəaliyyət göstərən bir neçə təsərrüfat subyekti barəsində iş qaldırılıb.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Bildirilir ki, nəticədə “SOLITON LTD” MMC-yə qarşı qaldırılan işə baxılıb, müvafiq göstərişlər verilib və təsərrüfat subyektinə qarşı maliyyə sanksiyası tətbiq edilib. İşəbaxılma zamanı “İnteqral” QSC və “ELCORE DİSTRİBUTİON AZ” MMC tərəfindən sorğuda tələb olunan sənəd və məlumatlar tam həcmdə təqdim edildiyi üçün həmin təsərrüfat subyektləri barəsində qaldırılmış işə xitam verilib.

Son xəbərlər

Orphus sistemi