Şokolad istehsalçılarının Azərbaycan fındığına marağı artıb

Şokolad istehsalçılarının Azərbaycan fındığına marağı artıb Dünya fındıq ixracatının son 5 ildəki ortalama qabıqlı fındıq ixracı 685 min tondur və bunun 75%-ni Türkiyə təmin edir
Biznes
5 İyun , 2017 19:33
Şokolad istehsalçılarının Azərbaycan fındığına marağı artıb

Bakı. 5 iyun. REPORT.AZ/ Şokolad sənayeçiləri Azərbaycan findığına marağı artıb. 

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Torpaq Məhsulları Ofisinin (TMO) yaydığı hesabatda qeyd edilir.

Hesabata görə, şokolad sənayeçiləri dünya bazalarında türk fındığının çəkisini azaltmağı planlaşdırır. Bununla da ən uyğun alternativ variant kimi Azərbaycan və Gürcüstan fındığı götürülüb.

TMO-nun hesabatında deyilir ki, buna səbəb Türkiyədə digər istehsalçılara nisbətən məhsuldarlığın az olmasıdır. Belə ki, Ümumdünya Ərzaq Təşkilatı olan FAO-ya görə, 2010-2014-cü illərdə hər 100 kvadratmetr (1 sot) üzrə Türkiyədə istehsal 107 kq olduğu halda, ABŞ-da 285 kq, Gürcüstanda 184 kq, İtaliyada 151 kq və İspaniyada isə 110 kq olub.

Qeyd edək ki, dünya fındıq ixracatının son 5 ildəki ortalama qabıqlı fındıq ixracı 685 min tondur və bunun 75%-ni Türkiyə təmin edir.

Son xəbərlər

Orphus sistemi