​SOCAR Türkiyə-Rumıniya biznes forumunda iştirak edib

​SOCAR Türkiyə-Rumıniya biznes forumunda iştirak edib Forumda türk diaspor təşkilatlarının işgüzar əlaqələrin inkişafı istiqamətində atdığı addımlar müzakirə olunub
Biznes
2 Aprel , 2015 16:38
​SOCAR Türkiyə-Rumıniya biznes forumunda iştirak edib

Bakı. 2 aprel. REPORT.AZ/ Buxarestdə Rumıniya Ticarət və Sənaye Palatası və Xarici İqtisadi Əlaqələr İdarəsinin təşəbbüsü, Dünya Türk İş Şurası (DTİŞ) Balkan Regional Bölməsi və Türk İş Adamları Dərnəyinin (TİAD) birgə təşkilatçılığı ilə “DTİŞ Balkan Sahibkarlarının Toplantısı” və Türkiyə-Rumıniya Biznes Forumu keçirilib.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi tədbirdə Rumıniya və digər Balkan ölkələri arasında işgüzar əlaqələrin inkişafı, türkiyəli iş adamları və sahibkarların Rumıniya və Balkan ölkələrinə yatıracaqları sərmayələr, türk diaspor təşkilatlarının bu istiqamətdə atdığı addımlar və digər məsələlər müzakirə edilib. 

Qeyd edək ki, SOCAR-ın Rumıniya nümayəndəliyi də forumda iştirak edib.

Son xəbərlər

Orphus sistemi