SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi qeyri-neft ixracında yenə də liderdir

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi qeyri-neft ixracında yenə də liderdir Azərbaycanın dövlət müəssisələri arasında qeyri-neft sektoru üzrə ixraca həmişəki kimi Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi liderlik edir.
Biznes
28 dekabr 2019 08:11
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi qeyri-neft ixracında yenə də liderdir

Azərbaycanın dövlət müəssisələri arasında qeyri-neft sektoru üzrə ixraca həmişəki kimi Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi liderlik edir.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda bildirilir.

Bu ilin yanvar-noyabr ayları ərzində SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatla İdarəsinin ixracı 205,1 mln ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,3 mln dollar və ya 21,5% çoxdur.

Siyahıda növbəti yerlərdə "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərenerji" ASC, "Azərbaycan Hava Yolları" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, “CTS-Agro” MMC, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC, "Azərikimya" İB, "Bakı Neft Maşinqayırma Zavodu" TASC qərarlaşıb.

Bu ilin yanvar-noyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan nümayəndəliyi, “SOCAR Polymer” MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Nine Climate" MMC, "Global Export Fruits" MMC, “Sun Food" MMC, "Baku Steel Company", "Azərbaycan Şəkər İstehsalat Birliyi " MMC, "Natural Fruit" MMC, "Caspian enerji-2020" MMC.

Son xəbərlər

Orphus sistemi