Bu ilin yanvar-iyun ayları üzrə Azərbaycanın qeyri-dövlət ixracatçı subyektlərinin reytinqi açıqlanıb.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayında qeyd edilib.
İcmala əsasən, ilk onluğa “Socar Polymer” MMC liderlik edir. Sıralamada digər yerlərdə isə "Land Lojistic" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin yerli nümayəndəliyi, "MKT İstehsalat Kommersiya", "Fruit Store", "Global Trade Group", "Sun Food", "Aqrovest", “Azagroeksport 2017”, "Baku Steel Company" MMC-lər tutub.