SOCAR-ın Rumıniyadakı "SOCAR Petroleum SA" şirkəti növbəti kampaniyaya start verib

SOCAR-ın Rumıniyadakı "SOCAR Petroleum SA" şirkəti növbəti kampaniyaya start verib Müştərilər futbol üzrə Avropa çempionatının qrup oyunları və final matçına bilet udmaq şansı əldə edəcəklər
Biznes
1275
18 Mart , 2016 15:05
SOCAR-ın Rumıniyadakı SOCAR Petroleum SA şirkəti növbəti kampaniyaya start verib

Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu il Fransada keçiriləcək futbol üzrə Avropa çempionatının əsas sponsorlarından biri kimi UEFA ilə uğurlu və səmərəli əməkdaşlığı davam etdirir. Rumıniyada fəaliyyət göstərən “SOCAR Petroleum SA” şirkəti də bu əməkdaşlıq çərçivəsində bir sıra layihələrin icrasına başlayıb.

"Report" SOCAR-a istinadən xəbər verir ki, şirkət hər il olduğu kimi, bu il də daimi müştəriləri arasında kampaniya keçirir. Müştərilər futbol üzrə Avropa çempionatının qrup oyunları və final matçına bilet udmaq şansı əldə edəcəklər. Martın 15-dən iyunun 30-na kimi davam edəcək kampaniya 4 mərhələdən ibarətdir. SOCAR-ın Rumıniyada fəaliyyət göstərən 33 yanacaqdoldurma məntəqəsindən 60 litr həcmində yanacaq alan hər bir müştəri lotereya kuponu əldə edərək, kampaniyada iştirak etmək hüququ qazanacaq. Birinci (15 mart - 10 aprel) , ikinci (11 aprel - 22 may) və üçüncü (23 may - 3 iyun) mərhələlərdə Avropa çempionatının qrup oyunlarına 2 nəfərlik ümumilikdə 25 paket, dördüncü mərhələdə isə final matçına (15 mart - 30 iyun) 2 nəfərlik 1 paket uduşa qoyulacaq.

Qeyd edək ki, paketlərə qaliblərin təyyarə ilə gediş-dönüş biletləri, qarşılanma və yolasalınma, həmçinin hotel xərcləri daxildir. Hər bir mərhələnin sonunda kampaniyanın qalibləri “SOCAR Petroleum SA”nın əsas ofisinə dəvət olunacaq və biletlərin təqdimolunma mərasimində iştirak edəcəklər .                               

Son xəbərlər

Orphus sistemi