SOCAR-ın qeyri-neft sektoru üzrə ixracının dəyəri açıqlanıb

SOCAR-ın qeyri-neft sektoru üzrə ixracının dəyəri açıqlanıb Bu ilin fevral ayında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edib.
Biznes
2 Aprel , 2020 13:24
SOCAR-ın qeyri-neft sektoru üzrə ixracının dəyəri açıqlanıb

Bu ilin fevral ayında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2020-ci ilin mart sayında göstərilib.

Hesabat dövründə İdarənin qeyri-neft sektoru üzrə ixracı 23,6 mln ABŞ dolları təşkil edib.

Bu siyahıda növbəti yerləri “Azərenerji” ASC (17,8 mln ABŞ dolları), “AzerGold” QSC (13,9 mln ABŞ dolları), “Azəralüminium” MMC (12,9 mln ABŞ dolları), “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC (4,9 mln ABŞ dolları), “Azərbaycan Hava Yolları” QSC (2,2 mln ABŞ dolları), “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC (822 min ABŞ dolları), “ASK Şüşə” MMC (166 min ABŞ dolları) tutub.

Son xəbərlər

Orphus sistemi