SOCAR-ın idarəsi dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderliyini saxlayır

SOCAR-ın idarəsi dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderliyini saxlayır 2024-cü ildə Azərbaycanın dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderlik həmişəki kimi Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə məxsus olub.
Biznes
4 Fevral , 2025 15:29
SOCAR-ın idarəsi dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderliyini saxlayır

2024-cü ildə Azərbaycanın dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderlik həmişəki kimi Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə (410,5 milyon ABŞ dolları) məxsus olub.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın yanvar buraxılışında bildirilir.

Reytinq cədvəlində növbəti yerlərdə SOCAR-ın 57 % payla təmsil olunduğu "SOCAR Polymer" MMC (237,6 milyon ABŞ dolları), "AzerGold" QSC (175,8 milyon ABŞ dolları), Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsindəki "Azəralüminium" MMC (135,3 milyon ABŞ dolları), "Azərenerji" ASC (93,1 milyon ABŞ dolları), AİH-in idarəetməsindəki “Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC (56,1 milyon ABŞ dolları) "Azərbaycan Hava Yolları" QSC (15,5 milyon ABŞ dolları), Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti (1 milyon ABŞ dolları), İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamındakı "Suraxanı Maşınqayırma Zavodu" ASC (695,9 min ABŞ dolları) və AİH-in tabeliyindəki "Azəripək" MMC (588,4 min ABŞ dolları) qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi