Kaxa Kaladze: "SOCAR Gürcüstanın Neft-Qaz Korporasiyasının səhmlərinin bir hissəsini almaq istəyir"

Kaxa Kaladze: "SOCAR Gürcüstanın Neft-Qaz Korporasiyasının səhmlərinin bir hissəsini almaq istəyir" "Biz bütün təklifləri, o cümlədən SOCAR-ın təklifini də dəyərləndiririk və nəzərdən keçirəcəyik"
Biznes
15 Dekabr , 2016 14:26
Kaxa Kaladze: SOCAR Gürcüstanın Neft-Qaz Korporasiyasının səhmlərinin bir hissəsini almaq istəyir

Tbilisi.15 dekabr. REPORT.AZ/ "Gürcüstanın Neft-Qaz Korporasiyasının səhmlərinin 25 faizini satmaq niyyətindəyik. Yaxın günlərdə bununla bağlı rəsmi məlumatımız olacaq”.

Bu fikirləri “Report”un Gürcüstan bürosuna Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, korporasiyanın fəaliyyət dairəsinə Gürcüstanın bütün resursları, eləcə də qaz kəmərləri daxildir: "Korporasiyanın səhmlərini almaq üçün artıq bir neçə təklif almışıq. SOCAR şirkəti də Gürcüstanın Neft-Qaz Korporasiyasının səhmlərinin 25 faizini almaq niyyətindədir. Biz bütün təklifləri, o cümlədən SOCAR-ın təklifini də dəyərləndiririk və nəzərdən keçirəcəyik”.

Son xəbərlər

Orphus sistemi