ADY ilk dəfə olaraq karbamidin 40 futluq konteynerlərlə daşınmasına başlayıb

ADY ilk dəfə olaraq karbamidin 40 futluq konteynerlərlə daşınmasına başlayıb Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda yerləşən Karbamid Zavodunda istehsal edilən məhsul ilk dəfə olaraq “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus 40 futluq konteynerlərlə daşınacaq.
Biznes
24 Yanvar , 2020 19:27
ADY ilk dəfə olaraq karbamidin 40 futluq konteynerlərlə daşınmasına başlayıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda yerləşən Karbamid Zavodunda istehsal edilən məhsul ilk dəfə olaraq “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus 40 futluq konteynerlərlə daşınacaq. 

"Report" bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-yə istinadən xəbər verir.

Məlumata görə, daşımanı “ADY Konteyner”  həyata keçirir. Ümumilikdə, 1000 ton karbamidin Türkiyədəki alıcıları "Sirkenli Tarım Urunleri Tic. ve San. A.Ş" və "Voltrade Ithalat Ihracat San. ve Tic. A.S." şirkətləridir.

Bu gün “ADY Konteyner” MMC-nin Sumqayıt terminalından yola salınan 19 konteynerdən ibarət ilk qatarı 500 ton məhsulu İskəndərun şəhərinə çatdıracaq. Yaxın günlərdə yola düşəcək 500 ton karbamid yüklənmiş 19 konteynerdən ibarət növbəti qatarın təyinat məntəqəsi isə İzmir şəhəridir.

Yaxın aylar ərzində bu marşrutla Türkiyəyə, ümumilikdə, 4000 ton karbamid məhsulunun çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş  Karbamid Zavodu 2019-cu il yanvarın 16-da istifadəyə verilib.

Zavod il ərzində 435 mln. kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir.

Son xəbərlər

Orphus sistemi