“SOCAR AQŞ” ADA Universitetinin karyera sərgisində iştirak edib

“SOCAR AQŞ” ADA Universitetinin karyera sərgisində iştirak edib Bakı. 5 mart. REPORT.AZ/ “SOCAR AQŞ” ADA Universiteti tərəfindən təşkil olunmuş Karyera həftəsinin sponsoru olub və tədbir çərçivəsində keçirilən karyera sərgisində iştirak edib.
Biznes
5 Mart , 2019 19:08
“SOCAR AQŞ” ADA Universitetinin karyera sərgisində iştirak edib

Bakı. 5 mart. REPORT.AZ/ “SOCAR AQŞ” ADA Universiteti tərəfindən təşkil olunmuş Karyera həftəsinin sponsoru olub və tədbir çərçivəsində keçirilən karyera sərgisində iştirak edib.

Şirkətdən “Report”a verilən məlumata görə, ADA Universitetinin şəhərciyində keçirilən karyera həftəsinin məqsədi tələbələri gələcək iş həyatına hazırlamaqdır.

Şirkət adından tədbirdə çıxış edən “SOCAR AQŞ”nin Təşkilati inkişaf bölməsinin rəhbəri Mədinə Paşayeva qeyd edib ki, ADA Universiteti yeni nəsil peşəkarların yetişdirilməsində önəmli rol oynayır: “Biz fəxr edirik ki, şirkətimizdə universitetin 16 məzunu işləyir.”

Bildirilib ki, tədbirdə şirkət təmsilçiləri yüzlərlə iştirakçı ilə ünsiyyət qurub və onları şirkətdə olan mövcud vakansiyalar və yay təcrübə proqramı ilə əlaqədar məlumatlandırıblar. Tələbələr birinci və ikinci kurslarda təhsil alanlar üçün təcrübə proqramı və həmçinin təhsilini bitirdikdən sonra təcrübəçi qismində işləmək imkanları haqqında ətraflı məlumat əldə ediblər. Onlar təcrübə proqramının praktiki faydaları haqqında da məlumatlandırılıblar.

Qeyd edək ki, “SOCAR AQŞ” və ADA Universitetinin sıx əməkdaşlıq əlaqələri mövcuddur. Müəssisənin Baş direktoru Ramin İsayev ADA Biznes Məktəbinin Müşahidə şurasının üzvüdür.

Bildirilib ki, “SOCAR AQŞ” inkişaf etməkdə olan müəssisə kimi yerli universitetlər, elmi-tədqiqat və sənaye assosiasiyaları ilə əməkdaşlıq etməyi, tələbə və məzunların müxtəlif işlərə cəlb olunmasını planlaşdırır.

Son xəbərlər

Orphus sistemi