SKMF Zaqatalada sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Zaqatalada sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb Bakı. 30 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Zaqatala rayonunda işgüzar forum keçirib.
Biznes
30 May , 2018 11:08
SKMF Zaqatalada sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb
0 : 00
0 : 00

Bakı. 30 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Zaqatala rayonunda işgüzar forum keçirib.

Nazirlikdən "Report"a verilən məlumata görə, tədbir çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Zaqatala rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib;

-kənd turizmi və otelin yaradılması;

-tütünçülük, çayçılıq, bağçılıq təsərrüfatlarının yaradılması;

-tütün emalı və quru tütün saxlanılması üçün anbar, fındıq və çay emalı, çörək istehsalı müəssisələrinin yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi