Bakı. 6 may. REPORT.AZ/
“Report” Nazirliyə istinadən xəbər verir ki, kiçik həcmli istixana təsərrüfatlarının yaradılması, ət kəsimi, makaron, dondurma və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.