SKMF Qaxda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Qaxda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb Bu gündən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə Fonda müraciət edə bilərlər
Biznes
20 Aprel , 2016 11:27
SKMF Qaxda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 20 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qax rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Fond sahibkarlardan iri fermer təsərrüfatının, bağçılıq, cins heyvandarlıq, tütünçülük və arıçılıq təsərrüfatlarının, çörək istehsalı və meyvə emalı müəssisələrinin və 3 ulduz hotelin yaradılması istiqamətində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edib.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.

Xatırladaq ki, SKMF aprelin 14-də Qax rayonunun Zəyəm kəndində işgüzar forum keçirib.

Son xəbərlər

Orphus sistemi