​SKMF Lerik rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

​SKMF Lerik rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb Bu layihələrin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilə bilər
Biznes
23 Fevral , 2015 12:41
​SKMF Lerik rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 23 fevral. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) müvəkkil kredit təşkilatları vasitəsilə Lerik rayonunda sahibkarlardan prioritet sahələr üzrə potensial investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dən "Report"a bildirilib ki, fevralın 19-da rayonun Hamarmeşə kəndində keçirilən işgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Fond tərəfindən Lerik rayonu üzrə sahibkarlıq subyektlərindən bir sıra istiqamətlərdə (cins heyvandarlıq və arıçılıq təsərrüfatları, pendir, plastik qapı-pəncərə və corab istehsalı müəssisələri, cır meşə meyvələri və balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisələrinin yaradılması) investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarların istəyinə əsasən, bu investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

Son xəbərlər

Orphus sistemi