SKMF Lənkəranda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Lənkəranda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb İş adamları müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər
Biznes
2 Oktyabr , 2017 16:30
SKMF Lənkəranda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Lənkəran rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

“Report” Nazirliyə istinadən xəbər verir ki, Fond çəltikçilik, sitrus bağçılıq, çayçılıq və cins heyvandarlıq təsərrüfatlarının, çəltik və çay emalı müəssisələrinin, sitrus meyvələrinin saxlanılması üçün logistik mərkəzin yaradılması ilə bağlı investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib.

İş adamları müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172;

Telefon: (012) 434-74-29; Faks: (012) 432-37-17; e-poçt: [email protected];

Son xəbərlər

Orphus sistemi