SKMF kotirovka sorğuları keçirir

SKMF kotirovka sorğuları keçirir Təkliflər yanvarın 11-i saat 15:00-a qədər qəbul olunur
Biznes
6 yanvar 2017 05:18
SKMF kotirovka sorğuları keçirir

Bakı. 6 yanvar. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) poçt xidmətinin göstərilməsi, eləcə də balansında olan proqram təminatlarına texniki xidmətin göstərilməsi üçün kotirovka sorğuları elan edib. "Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. 

İddiaçılar satınalma prosedurunun predmetinə dair hazırlanan əsas şərtlər toplusunu SKMF-dən əldə edə bilərlər. Təkliflər yanvarın 11-i saat 15:00-a qədər qəbul olunur. 

Ətraflı məlumat almaq üçün əlaqələndirici şəxs Zaur Nəhmətovdur. 

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172, tel.: (012) 434 50 11, faks: (012) 432 37 17, e-mail: [email protected].

Son xəbərlər

Orphus sistemi