SKMF indiyə qədər 2 mlrd. manatdan çox güzəştli kredit verib

SKMF indiyə qədər 2 mlrd. manatdan çox güzəştli kredit verib Fond təkcə bu il isə 170 mln. manat kredit ayıracaq
Biznes
18 Aprel , 2018 11:23
SKMF indiyə qədər 2 mlrd. manatdan çox güzəştli kredit verib

Bakı. 18 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu il iş adamlarına az 170 mln. manat güzəştli kredit verəcək.

"Report" xəbər verir ki, bunu Fondun icraçı direktoru Şirzad Abdullayev deyib.

Bundan başqa, onun sözlərinə görə, bu ilin I rübündə rəhbərlik etdiyi qurumun maliyyələşdirdiyi layihələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 31%, dəyəri 5,8 dəfə, verdiyi kreditlərin məbləği 2,3 dəfə, kreditlər hesabına yaradılması gözlənilən yeni iş yerlərinin sayı isə 12,4 dəfə artıb.

“İndiyə qədər ümumi dəyəri 4,7 mlrd. manat olan 34 963 sahibkarın layihəsinə 2,1 milyard manat güzəştli kredit verilib. Bunun 1 mlrd. manatı büdcə, 1,1 milyard manatı isə geri qaytarılan vəsaitlərin hesabına ayrılıb. Güzəştli kreditlər hesabına 160 minə qədər yeni iş yeri yaradılıb”, - deyə o, qeyd edib. 

Son xəbərlər

Orphus sistemi