SKMF Goranboyda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Goranboyda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb Bakı. 18 dekabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Goranboy rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.
Biznes
18 Dekabr , 2017 16:42
SKMF Goranboyda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 18 dekabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Goranboy rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

“Report” bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Fond startap layihələrin maliyyələşdirilməsi, nar konsentratı, bitki yağlarının istehsalı, süd emalı və meyvəqurutma müəssisələrinin və südlük istiqamətli cins heyvandarlıq, intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının yaradılması istiqamətində investisiya layihələrinin maliyyələşdirilməsini məqsədəuyğun hesab edib. 

İş adamları investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi