SKMF Daşkəsəndə cins heyvandarlıq təsərrüfatının və otelin yaradılmasına maliyyə dəstəyi verəcək

SKMF Daşkəsəndə cins heyvandarlıq təsərrüfatının və otelin yaradılmasına maliyyə dəstəyi verəcək İş adamları müvəkkil kredit təşkilatları vasitəsi ilə fonda müraciət edə bilərlər
Biznes
18 Oktyabr , 2017 10:21
SKMF Daşkəsəndə cins heyvandarlıq təsərrüfatının və otelin yaradılmasına maliyyə dəstəyi verəcək

Bakı. 18 oktyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Daşkəsən rayonunda işgüzar forum keçirib. 

Bu barədə “Report”a nazirlikdən bildirilib. 

Məlumatda deyilir ki. tədbir çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Daşkəsən rayonu üzrə sahibkarlıq subyektlərindən cins heyvandarlıq, kartofçuluq və arıçılıq təsərrüfatlarının,  süd emalı və otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. 

İş adamları müvəkkil kredit təşkilatları vasitəsi ilə fonda müraciət edə bilərlər. 

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-poçt: [email protected]

Son xəbərlər

Orphus sistemi