SKMF Ağcabədidə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Ağcabədidə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb Bakı. 21 iyun. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağcabədi rayonunda işgüzar forum keçirib.
Biznes
21 iyun 2018 07:39
SKMF Ağcabədidə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb
0 : 00
0 : 00

Bakı. 21 iyun. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağcabədi rayonunda işgüzar forum keçirib.

Nazirlikdən "Report"a verilən məlumata görə, işgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Ağcabədi rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

tərəvəzçilik, cins heyvandarlıq, intensiv bağçılıq və iri fermer təsərrüfatlarının yaradılması;

ixtisaslaşdırılmış “yaşıl market” və meyvə-tərəvəz emalı müəssisəsinin yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi