“Sitalçay” yatağının istifadəyə verilməsi üzrə hərrac keçiriləcək

“Sitalçay” yatağının istifadəyə verilməsi üzrə hərrac keçiriləcək Sentyabrın 30-u İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazınt
Biznes
1 Sentyabr , 2021 14:00
“Sitalçay” yatağının istifadəyə verilməsi üzrə hərrac keçiriləcək

Sentyabrın 30-u İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac təşkil ediləcək.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hərraca Xızı rayonunda yerləşən “Sitalçay” qum-çınqıl yatağının 2 LOT üzrə 87 hektarlıq sahəsi çıxarılacaq.

Hərracda iştirak üçün iddiaçılar sənədləri 23 sentyabr 2021-ci il saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxsləri iştirak edə bilər. Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcəkdir.

Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://bit.ly/3jtZ3ji) və Özəlləşdirmə portalında (https://bit.ly/3jtjvRw) tanış olmaq mümkündür.

Son xəbərlər

Orphus sistemi