Bakı. 6 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 33 mln. manat güzəştli kredit verib.
“Report” xəbər verir ki, bu barədə fondun icraçı direktoru Şirzad Abdullayev məlumat verib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50% çoxdur.
Qeyd edək ki, SKMF bu il 170 mln. manat güzəştli kredit verməyi planlaşdırır.