Bakı. 16 mart. REPORT.AZ/ Mayın 12-də, saat 12:30-da “Şirvan Yağ-Piy” QSC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” rəsmi mətbuata istinadən xəbər verir ki, yığıncaq cəmiyyətin yerləşdiyi Şirvan şəhəri, Salyan şosesi, Mahir Mirzəyev küçəsi, 1 ünvanında olacaq.
Yığıncağın gündəliyinə müəssisənin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi), onun 2016-cı ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatının dinlənilməsi, təşkilati məsələlər (direktorlar şurası və təftiş komissiyasının tərkibinə baxılması) və s. məsələlər daxildir.
Xatırladaq ki, “Şirvan Yağ-Piy” QSC 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 3 115 184 manatdır.