Şirkət direktoru: "Anbar tikintisi üçün təklif olunan qiymətlər çox yüksəkdir"

Şirkət direktoru: "Anbar tikintisi üçün təklif olunan qiymətlər çox yüksəkdir" Azərbaycanda inşaat şirkətləri anbar tikintisi üçün çox yüksək qiymətlər təklif edirlər.
Biznes
11 iyul 2024 13:04
Şirkət direktoru: Anbar tikintisi üçün təklif olunan qiymətlər çox yüksəkdir

Azərbaycanda inşaat şirkətləri anbar tikintisi üçün çox yüksək qiymətlər təklif edirlər.

"Report" xəbər verir ki, bunu yerli şirkətlərdən birinin direktoru Samir Rzayev Bakıda keçirilən “CEO MeetUp Logistics&Trade” adlı, logistika və ticarətin aktual məsələlərinə həsr olunmuş tədbirdə bildirib.

"İnfrastruktur olmasa logistika inkişaf edə bilməz. Anbarlarla bağlı 3 əsas problem var. Bunlar, müasir anbarların olmaması, kadr çatışmazlığı və texnologiyanın inteqrasiyasıdır. Müasir anbarların inşası çox bahadır və işə təsir göstərir. Azərbaycanın beynəlxalq dəhlizlərin kəsişməsində yerləşdiyini nəzərə alsaq müasir anbarların olması böyük əhəmiyyət kəsb edir", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi