“Silk Way Holding”in törəmə strukturunun nizamnamə kapitalı kəskin artırılıb, rəhbəri dəyişdirilib

“Silk Way Holding”in törəmə strukturunun nizamnamə kapitalı kəskin artırılıb, rəhbəri dəyişdirilib Bakı. 22 sentyabr. REPORT.AZ/ “Silk Way Holding” MMC-nin bu il aprelin 24-də təsis etdiyi “Silk Way Connect” MMC-nin nizamnamə kapitalı kəskin artırılaraq 200 manatdan 1 mln. ABŞ dollarına çatdırılıb.
Biznes
22 Sentyabr , 2018 14:29
“Silk Way Holding”in törəmə strukturunun nizamnamə kapitalı kəskin artırılıb, rəhbəri dəyişdirilib

Bakı. 22 sentyabr. REPORT.AZ/ “Silk Way Holding” MMC-nin bu il aprelin 24-də təsis etdiyi “Silk Way Connect” MMC-nin nizamnamə kapitalı kəskin artırılaraq 200 manatdan 1 mln. ABŞ dollarına çatdırılıb.

Bu barədə “Report” holdinqə istinadən xəbər verir.

Məlumata görə, şirkətin rəhbəri də dəyişdirilib. Belə ki, Emin Etibar oğlu Ələkbərzadəni Zaur İbrahim oğlu Nəsirov əvəz edib. O həm də holdinqə daxil olan “Silk Way Bank” ASC-nin Audit komitəsinin üzvü, “Silk Way Insurance” ASC-nin isə Təftiş komissiyasının sədridir.

Son xəbərlər

Orphus sistemi