Bu ilin yanvar ayında Azərbaycanın “Silk Way Airlines” şirkəti Gürcüstanın Tbilisi beynəlxalq hava limanına ən çox yük çatdıran V aviaşirkət olub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyindən bildirilib.
Reytinqdə I yerdə Lüksemburqun “Cargolux Airlines” (230 885 ton), II yerdə Türkiyənin “Turkish Cargo” (225 528 ton), III yerdə Moldovanın “Fly Pro” (190 176 ton), IV yerdə isə Gürcüstanın “Georgian Airways Cargo” (133 292) şirkətidir.