"Siemens”in şirkətlərindən biri Azərbaycan bazarını tərk edir

"Siemens”in şirkətlərindən biri Azərbaycan bazarını tərk edir Almaniyanın texnologiya nəhəngi - "Siemens" şirkətinə məxsus "Siemens Aktienqezelşaft" SC-nin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib.
Biznes
8 İyun , 2021 11:11
Siemens”in şirkətlərindən biri Azərbaycan bazarını tərk edir

Almaniyanın texnologiya nəhəngi - "Siemens" şirkətinə məxsus "Siemens Aktienqezelşaft" SC-nin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib.

“Report” bu barədə İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, 62 ("Marine Plaza" iş mərkəzi) ünvanına bildirə bilərlər.

Xatırladaq ki, ləğv olunan filial Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir. Ona Almaniya vətəndaşı Ceyms Hyuson (James Hewson) rəhbərlik edir. O, həm də "Siemens"ə məxsus "Siemens Energy Global GMBH and Co KG" şirkətinin yerli filialının rəhbəridir. Bu filial isə ötən il eyni hüquqi ünvanda yaradılıb.

Son xəbərlər

Orphus sistemi