İqtisadiyyat nazirinin müavini Azərbaycan-Qətər münasibətlərindən danışdı

İqtisadiyyat nazirinin müavini Azərbaycan-Qətər münasibətlərindən danışdı “Azərbaycan və Qətər arasında regional və beynəlxalq əməkdaşlıq iki ölkə arasında diplomatik münasibətlər qurulandan bəri, xüsusilə də son illər davamlı inkişaf edir, Birgə İşçi Qrup isə iki ölkə arasında ticarət dövriyyəsini və investisiya qoyuluşunu daha da artıracaq”.
Biznes
3 Mart , 2020 17:19
İqtisadiyyat nazirinin müavini Azərbaycan-Qətər münasibətlərindən danışdı
İqtisadiyyat Nazirinin müavini Sevinc Həsənova / Report / Elchin Murad

“Azərbaycan və Qətər arasında regional və beynəlxalq əməkdaşlıq iki ölkə arasında diplomatik münasibətlər qurulandan bəri, xüsusilə də son illər davamlı inkişaf edir, Birgə İşçi Qrup isə iki ölkə arasında ticarət dövriyyəsini və investisiya qoyuluşunu daha da artıracaq”.

“Report” xəbər verir ki, bunu Qətər mətbuatına açıqlamasında İqtisadiyyat Nazirinin müavini Sevinc Həsənova deyib.

O, Birgə İşçi Qrupun ötən ilin oktyabr ayında Bakıda keçirilmiş iclasından sonra Azərbaycan və Qətərin işgüzar münasibətlərinin daha da inkişaf etdiyini vurğulayıb. 

"Son illər Azərbaycan həm xarici ticarət dövriyyəsini, həm də ixrac etdiyi malların çeşidini artırır. Bu gün Qətər daxil olmaqla 100-dən çox ölkə ilə ticarət əlaqələrimiz, 49 ölkə ilə investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlərimiz var. Azərbaycanda xüsusi lisenziya tələb edən fəaliyyət sahələrinin sayını azaldaraq 300-dən 80-ə endirilib. Hazırda bu lisenziyaları əldə etmək daha ucuz və müddətsizdir, yəni təkrar müraciətə ehtiyac yoxdur. Odur ki, ikitərəfli münasibətləri inkişaf etdirmək üçün potensial böyükdür", - nazir müavini qeyd edib. 

O həmçinin əlavə edib ki, 2018-2019-cu illərdə Qətər investorları Azərbaycan iqtisadiyyatına 67,1 milyon ABŞ dolları investisiya qoyub. 

"Xarici sərmayələrin cəlb edilməsi üçün önümüzdəki dövrdə əsasən kənd təsərrüfatı, qida istehsalı və emalı, alternativ və bərpa olunan enerji, kimya sənayesi, o cümlədən neft-kimya, infrastruktur, dərman, metallurgiya və maşınqayırma sahələrini prioritet olaraq müəyyənləşdirmişik. İnanırıq ki, Qətərin işgüzar dairələri və investorları bu sahələrə maraq göstərəcək", - S.Həsənova bildirib. 

Son xəbərlər

Orphus sistemi