Səttar Möhbalıyev: "Bəzi iş adamları həmkarlar təşkilatının yaradılmasına maneçilik törədir"

Səttar Möhbalıyev: "Bəzi iş adamları həmkarlar təşkilatının yaradılmasına maneçilik törədir" Bakı. 14 fevral. REPORT.AZ/ Əfsuslar olsun ki, bəzi iş adamları həmkarlar təşkilatının yaradılmasına maneçilik törədir.
Biznes
14 Fevral , 2018 11:34
Səttar Möhbalıyev: Bəzi iş adamları həmkarlar təşkilatının yaradılmasına maneçilik törədir
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev / Report

Bakı. 14 fevral. REPORT.AZ/ "Əfsuslar olsun ki, bəzi iş adamları həmkarlar təşkilatının yaradılmasına maneçilik törədir".

"Report" xəbər verir ki, bunu "Regionların inkişafında sahibkarlığın rolu" mövzusunda keçirilən konfransda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev bildirib.

O, sahibkarları beynəlxalq konvensiyalara əməl etməyə səsləyib: "Bəzi sahibkarlar deyirlər ki, fəhlə mənimdir, istəsəm məzuniyyət verməyəcəyəm, istədiyim vaxt işdən azad edəcəyəm. Belə olmaz. Beynəlxalq Konvensiyalar var, onları oxumaq, bilmək lazımdır. Yaxşı gəliri olan sahibkarlar həmkarlar təşkilatının yaradılmasına çalışmalıdır".

S.Möhbalıyev qeyd edib ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) həmkarlar təşkilatına 5 mln. manat vəsait ödəyir.

Son xəbərlər

Orphus sistemi