Səttar Mehbalıyev: "Bəzi sahələrdə işçiləri 16-18 saat işlədirlər"

Səttar Mehbalıyev: "Bəzi sahələrdə işçiləri 16-18 saat işlədirlər" "Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 3 il əvvəl apardığı monitorinq nəticəsində məlum olub ki, xidmət sektorunda 400 mindən çox iş yeri var”.
Biznes
23 Noyabr , 2021 12:54
Səttar Mehbalıyev: Bəzi sahələrdə işçiləri 16-18 saat işlədirlər
Səttar Mehbalıyev

"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 3 il əvvəl apardığı monitorinq nəticəsində məlum olub ki, xidmət sektorunda 400 mindən çox iş yeri var”.

"Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında - “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsində millət vəkili Səttar Mehbalıyev bildirib.

O, həmçinin deyib ki, Azərbaycanda gündəlik iş saatı 8 saat olsa da, bəzi sahələrdə işçiləri 16-18 saat işlədirlər.

"Bunun üçün dövlət qurumları həmin iş yerlərindən tələb etməlidir ki, ikinövbəli rejimə keçsinlər. Bu, işsizliyin aradan qaldırılmasına, daxili miqrasiyanın azalmasına kömək olacaq. İnsanların gün ərzində 16-18 saat işlədilməsinə nəzarət artırılmalıdır”.

Son xəbərlər

Orphus sistemi