Naxçıvan Muxtar Respublikasının Şərur və Babək şəhərlərində vergi ödəyicilərinə xidmət mərkəzlərinin tikintisinə başlanılıb.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu mərkəzlərdə bölgədə fəaliyyət göstərən vergi ödəyicilərinə vergi sahəsində bütün xidmətlər təqdim ediləcək və onların vergi məsələlərinin həllinə dəstək göstəriləcək.
Bu ilin may ayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində Naxçıvan şəhərində ilk belə xidmət mərkəzi sahibkarların və vətəndaşların istifadəsinə verilib.