Şərq Tərəfdaşlığının III biznes forumunda 39 ölkədən sahibkarlar iştirak edəcək

Şərq Tərəfdaşlığının III biznes forumunda 39 ölkədən sahibkarlar iştirak edəcək Forum iştirakçıları regionda əlverişli iş mühitinin inkişafı məsələlərini müzakirə edəcəklər
Biznes
12 May , 2015 17:23
Şərq Tərəfdaşlığının III biznes forumunda 39 ölkədən sahibkarlar iştirak edəcək

Bakı. 12 may. REPORT.AZ/ Mayın 12-də Riqada Şərq Tərəfdaşlığının III biznes forumu keçiriləcək. "Report" Latviyanın Aİ-dəki nümayəndəliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə Aİ ölkələri və Şərq Tərəfdaşlığı proqramına üzv 39 ölkədən iş adamları iştirak edəcək. Forum iştirakçıları regionda əlverişli iş mühitinin inkişafı məsələlərini, nəqliyyat, maliyyə, energetika kimi sahələrdə əməkdaşlığın dərinləşməsi problemlərini müzakirə edəcəklər. 

Forumu giriş sözü ilə Latviya prezidenti Andris Berzinş açacaq. 

Forum çərçivəsində həmçinin Şərq Tərəfdaşlığı və Aİ ölkələri arasında biznes tərəfdaşlığına yardım məqsədilə bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub. 

Xatırladaq ki, Şərq Tərəfdaşlığı proqramı 2009-cü ildə işə başlayıb. O, Aİ-nin 6 ölkə - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarusla yaxınlaşması məqsədini daşıyır. 

Son xəbərlər

Orphus sistemi