Bakıda Azərbaycan, Türkiyə və Pakistanın birgə ticarət sərgisi keçirilir

Bakıda Azərbaycan, Türkiyə və Pakistanın birgə ticarət sərgisi keçirilir Bu gün Bakıda Azərbaycan, Türkiyə və Pakistanın birgə ticarət sərgisinin açılış mərasimi keçirilib.
Biznes
11 Aprel , 2019 12:23
Bakıda Azərbaycan, Türkiyə və Pakistanın birgə ticarət sərgisi keçirilir
0 : 00
0 : 00

Bu gün Bakıda Azərbaycan, Türkiyə və Pakistanın birgə ticarət sərgisinin açılış mərasimi keçirilib. 

"Report" xəbər verir ki, sərgi bu gündən etibarən başlayır və aprelin 13-ə qədər davam edəcək. 

Açılış mərasimində Azərbaycan İqtisadiyyat Nazirliyinin yanında İxracın və İnvestisiyaların Təşviqi Fondunun ( AZPOMO) icraçı direktoru Yusif Abdullayev çıxış edib. 

O, bu ölkələr arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Y.Abdullayev bildirib ki, bu sərgidə 50-dən çox şirkət var: "200-dən çox nümayəndə qeydiyyatdan keçib. Bu platforma ölkələr arasında ticarət dövriyyəsinin artımına şərait yaradacaq". 

Bu sərgidə tibb alətləri, əczaçılıq və tibb, kosmetika məhsulları, cərrahiyyə və diş müalicəsi avadanlıqları, bıçaqlar və elektrik avadanlıqları, tekstil, təbii dəri, idman geyimləri, mebel, əl işləri məhsulları nümayiş olunur. 

Sərginin əsas təşkilatçılarından biri Türkiyənin Sənaye və İş Adamları Dərnəyidir (TÜMSİAD). 

Son xəbərlər

Orphus sistemi