Şəmkirdə “KOB Fest” sərgi-satış yarmarkası keçiriləcək

Şəmkirdə “KOB Fest” sərgi-satış yarmarkası keçiriləcək Mayın 8-də Şəmkir rayonunda "KOB Fest" sərgi-satış yarmarkası təşkil olunacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Şəmkir sakinlərini və rayonun qonaqlarını yarmarkaya dəvət edir.
Biznes
6 May , 2022 18:27
Şəmkirdə “KOB Fest” sərgi-satış yarmarkası keçiriləcək

Mayın 8-də Şəmkir rayonunda "KOB Fest" sərgi-satış yarmarkası təşkil olunacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Şəmkir sakinlərini və rayonun qonaqlarını yarmarkaya dəvət edir.

"Report" KOBİA-ya istinadən xəbər verir ki, yarmarkada KOB subyektlərinin istehsal etdikləri qida və qeyri-qida məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri, eləcə də KOB-lar tərəfindən göstərilən xidmətlər təqdim ediləcək.

"KOB Fest" çərçivəsində həmçinin, sahibkarlar arasında “B2B” görüşlər keçiriləcək, biznes xidmətlər göstəriləcək, eləcə də mədəni-əyləncəli proqram, yaradıcı şəxslər və sənətkarlar tərəfindən master-klasslar təşkil olunacaqdır.

“KOB Fest”in təşkilində məqsəd rayonda KOB subyektləri tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsidir.

Şəmkir rayonunda Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunacaq KOB Fest sərgi-satış yarmarkası saat 10:00-dan 20:00-dək ziyarətçilər üçün açıq olacaqdır.

Son xəbərlər

Orphus sistemi