Səməd Bəşirli: “Sahibkarlıq bacarıqlarının inkişafında çətinliklər var”

Səməd Bəşirli: “Sahibkarlıq bacarıqlarının inkişafında çətinliklər var” Eyni zamanda, dövlət və özəl sektor arasında tarazlığın qorunması təmin edilməlidir
Biznes
10 fevral 2025 09:14
Səməd Bəşirli: “Sahibkarlıq bacarıqlarının inkişafında çətinliklər var”
Səməd Bəşirli

Azərbaycanda sahibkarlıq bacarıqlarının inkişafı baxımından çətinliklər var.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Dünya Bankının 2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabatı"nın (World Development Report - WDR) Bakıda yüksək səviyyəli təqdimat tədbirində bildirib.

Onun sözlərinə görə, Azərbaycan 30 ilə yaxındır bazar iqtisadiyyatına keçib: "Bu səbəbdən də ölkədə sahibkarlıq bacarıqlarının inkişafı baxımından çətinliklər hələ də müşahidə edilir. Təkcə gender balansı, qeyri-qanuni sahibkarlıq deyil, ümumilikdə sahibkarlıq bacarıqlarının inkişafı səviyyəsi baxımından müəyyən boşluqlar var".

O qeyd edib ki, bütün bunları nəzərə alaraq əlbəttə ki, institusional inkişafın davam etdirilməsi istiqamətində işlər görülməlidir: "Eyni zamanda, dövlət və özəl sektor arasında tarazlığın qorunması təmin edilməlidir".

Son xəbərlər

Orphus sistemi