Səfir: "Türk Hava Yolları" şirkəti Azərbaycandan uçuşları artıracaq"

Səfir: "Türk Hava Yolları" şirkəti Azərbaycandan uçuşları artıracaq" Şirkət 2017-ci ildə Azərbaycandan 300 mindən çox sərnişin daşıyıb
Biznes
28 Fevral , 2018 20:04

Bakı. 28 fevral. REPORT.AZ/ "Türk Hava Yolları" şirkəti 2017-ci ildə Azərbaycandan 300 mindən çox sərnişin daşıyıb". 

"Report" xəbər verir ki, bunu THY-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Seyfullah İlyas deyib.

Onun sözlərinə görə, Türk Hava Yolları Rusiyanın Krasnodar vilayətinə də yeni reys açıb.

"Ötən il 60 mln. sərnişin daşımışıq. Bu il üçün isə hədəf 75 mln. nəfər olacaq", - Şirkət rəsmisi bildirib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral isə vurğulayıb ki, THY Azərbaycandan uçuşları artıracaq: "Bundan 10 il əvvəl Azərbaycandan gündə bir aviareys həyata keçirilirdi. Amma indi gündə 4 dəfə uçuş var. Aviareyslərin sayı artırılacaq. Həmçinin Bakıdan Türkiyəyə uçuş istiqamətlərini də artırmaq niyyətindəyik".

Son xəbərlər

Orphus sistemi