Səfir: "Torpaqların azad edilməsi regionun inkişafı üçün yeni fürsətlər açır"

Səfir: "Torpaqların azad edilməsi regionun inkişafı üçün yeni fürsətlər açır" Azərbaycanın ABŞ-dakı səfiri bildirib ki, bu cür imkan əldən verilməməlidir
Biznes
10 İyun , 2021 12:33
Səfir: Torpaqların azad edilməsi regionun inkişafı üçün yeni fürsətlər açır
Elin Süleymanov

"2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad etməsilə əsaslı dəyişikliklər baş verib".

“Report” xəbər verir ki, bunu Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ABŞ-da keçirilən 5-ci İllik Transxəzər Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, torpaqların işğaldan azad edilməsi tam inteqrasiya olunmuş bölgəni inkişaf etdirmək üçün misilsiz bir fürsət açır və bu, Ermənistanı, digər region ölkələrinin nəqliyyat, rabitə layihələrini əhatə edir: “Hesab edirəm ki, bu cür imkan əldən verilməməlidir. Mən amerikalı həmkarlarıma səslənirəm ki, əldə edilmiş bu fürsətə nəzər salsınlar və yalnız Azərbaycana, Ermənistana deyil, bütün regionun gələcəyinə fokuslansınlar”.

Səfir qeyd edib ki, 30 ildən sonra Azərbaycan torpaqlarını işğaldan azad etməsi ilə tarixi məqam yaşanıb: “ABŞ-ın layihələri dəstəkləməsi regionun təhlükəsizliyi və inteqrasiyası baxımından vacibdir. Ümid edirəm ki, amerikalı tərəfdaşlar bunu kommunikasiyaların açılmasında və bölgəmizin inteqrasiyasında, sülhün və uzunmüddətli perspektivin yaradılmasında fürsət olaraq görəcək”.

Qeyd edək ki, Amerika şirkətlərinin Azərbaycanın iqtisadiyyatına investisiyaları 17 milyard ABŞ dollarına çatıb.

Son xəbərlər

Orphus sistemi