Səfir: "Hindistan şirkətləri Azərbaycana pul qoymaq imkanlarını araşdırır"

Səfir: "Hindistan şirkətləri Azərbaycana pul qoymaq imkanlarını araşdırır" “Hindistan şirkətləri, o cümlədən “ONGC Videsh Limited” Azərbaycana artıq 1,2 milyard ABŞ dollarından çox sərmayə qoyub”.
Biznes
16 İyul , 2021 11:44
Səfir: Hindistan şirkətləri Azərbaycana pul qoymaq imkanlarını araşdırır
Bavitlunq Vanlalvavna

“Hindistan şirkətləri, o cümlədən “ONGC Videsh Limited” Azərbaycana artıq 1,2 milyard ABŞ dollarından çox sərmayə qoyub”.

Bunu “Report”a açıqlamasında Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna deyib.

“Digər Hindistan şirkətləri də Azərbaycanın energetika və infrastruktur sektorlarına pul qoymaq imkanlarını araşdırır. Hindistanın bu ilin ilk 5 ayında Azərbaycanın neft ixracı üzrə 2-ci ən böyük bazar olduğunu nəzərə alsaq, bu, başadüşüləndir. Hesabat dövründə iki ölkə arasındakı ticarət ötən ilin eyni dövrünə nisbətən 21%-dən çox artıb”, - deyə səfir bildirib.

Son xəbərlər

Orphus sistemi