Səfir: "Azərbaycanda Hindistan məhsulları və xidmətləri üçün yaxşı imkanlar mövcuddur"

Səfir: "Azərbaycanda Hindistan məhsulları və xidmətləri üçün yaxşı imkanlar mövcuddur" Hindistanın Azərbaycanla iqtisadi əlaqələrini şaxələndirməsi üçün böyük potensial var, belə ki, Azərbaycanda Hindistan məhsulları və xidmətləri üçün yaxşı imkanlar mövcuddur.
Biznes
26 Mart , 2022 18:09
Səfir: Azərbaycanda Hindistan məhsulları və xidmətləri üçün yaxşı imkanlar mövcuddur

Hindistanın Azərbaycanla iqtisadi əlaqələrini şaxələndirməsi üçün böyük potensial var, belə ki, Azərbaycanda Hindistan məhsulları və xidmətləri üçün yaxşı imkanlar mövcuddur.

"Report" xəbər verir ki, bu barədə Bakıda keçirilən “Best of India” - Hindistan məhsullarının ən böyük eksklüziv Ticarət Sərgisinin açılışında Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna qeyd edib.

Onun sözlərinə görə, pandemiyaya baxmayaraq, iki ölkə arasında iqtisadi əlaqələr genişlənməkdə davam edir. O, 2021-ci ildə Hindistan və Azərbaycan arasında ümumi ticarət dövriyyəsinin 2020-ci illə müqayisədə 27 % artdığını və bu sərginin iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

B.Vanlalvavna tədbirin Hindistanın müstəqilliyinin 75-ci ildönümünü münasibətilə Azadi Ka Amrit Mahotsav təşəbbüsü çərçivəsində keçirilən geniş tədbirlər silsiləsinin bir hissəsi olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Yun və Yun Məhsullarının İxracının Təşviqi Şurasının sədri Sanjeev Dhir Hindistanın yun məhsulları üçün Azərbaycanda böyük potensialın olduğunu bildirib. O vurğulayıb ki, Hindistan məhsulları həm keyfiyyət, həm də kəmiyyət baxımından qlobal miqyasda rəqabətədavamlı olduğundan bu bazarda Hindistanın yun və digər tekstil məhsullarının, eləcə də əl işləri məmulatlarının payını artırmaq olar.

Sərginin 9 günü ərzində Hindistanın 60-a yaxın şirkəti düyü, çay, ədviyyatlar, hədiyyələr, əl işləri, ev mebeli kimi yüksək keyfiyyətli məhsul və xidmətlərini nümayiş etdirəcək. Sərgi 2022-ci ilin martın 26-dan aprelin 3-dək saat 11:00-dan 19:00-dək davam edəcək. Sərgiyə giriş ödənişsizdir.

Əsl Hindistan çayının dadına baxılması üçün sərgi salonunda Səfirlik tərəfindən təşkil olunan stend çoxlu sayda ziyarətçi cəlb edir. Sərgidə Hindistan turizmi, mədəniyyəti, eləcə də Hindistanda investisiya imkanlarına dair təqdimat videoları da nümayiş etdirilib. Sərginin açılış günündə ziyarətçi sayı gözləniləndən qat-qat çox idi. Ənənəvi hind rəqsləri, Bollivud mahnıları ifaları və xına (Mehndi) stendləri böyük marağa səbəb olub.

Son xəbərlər

Orphus sistemi