Səfir: "Azərbaycan ilə Meksika arasında ticarət dövriyyəsi sabit səviyyədə saxlanılıb"

Səfir: "Azərbaycan ilə Meksika arasında ticarət dövriyyəsi sabit səviyyədə saxlanılıb" "Meksikadan Azərbaycana şəkər ixracı ötən il ən yüksək həddə çatıb"
Biznes
29 Noyabr , 2016 16:10
Səfir: Azərbaycan ilə Meksika arasında ticarət dövriyyəsi sabit səviyyədə saxlanılıb

Bakı. 29 noyabr. REPORT.AZ/ "Meksika ilə Azərbaycan arasında 2015-ci ildə ticarət dövriyyəsi 22 milyon ABŞ dollar təşkil edib".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini deyib.

"2016-cı ilin doqquz ayı üzrə göstəricilər ötən ilin göstəriciləri ilə uyğundur. Bu da Azərbaycan ilə Meksika arasında ticarət dövriyyəsinin sabit səviyyədə saxlanıldığını göstərir" - R.Labardini bildirib.

"Ötən il Meksikadan Azərbaycana şəkər ixracı ən yüksək həddə çatıb. Bu il isə ticarət dövriyyəsi bir neçə məhsul arasında paylanıb. Biz həmçinin Azərbaycana boru-prokat məhsulları, müxtəlif elektron məhsullar, kompüter avadanlığı, qida məhsulları, konteynerlər ixrac edirik" - səfir vurğulayıb.

O deyib ki, Azərbaycan da Meksika kimi, neft və neft məhsulları istehsal və ixrac edir: "Bu, ölkələri birləşdirən amildir. Meksika dünyanın ən böyük pivə istehsalçısıdır və ABŞ-da əsas avtomobil tədarükçüsüdür."

Bununla yanaşı, diplomat məşhur Meksika heykəltəraşı Marqarita Moralenin Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən sərgisini xatırladaraq, iki ölkə arasında mədəni əlaqələrin mövcudluğuna diqqət çəkib.

Son xəbərlər

Orphus sistemi