Səfir: "Azərbaycan Belarusun 15 ən böyük ticarət tərəfdaşından biridir"

Səfir: "Azərbaycan Belarusun 15 ən böyük ticarət tərəfdaşından biridir" Qlobal koronavirus pandemiyasına və dünya iqtisadiyyatında böhran amillərinə baxmayaraq, Belarus və Azərbaycanın ticari-iqtisadi göstəriciləri nəinki pisləşməyib, əksinə yaxşılaşıb
Biznes
2 İyul , 2021 11:50
Səfir: Azərbaycan Belarusun 15 ən böyük ticarət tərəfdaşından biridir

“Qlobal koronavirus pandemiyasına və dünya iqtisadiyyatında böhran amillərinə baxmayaraq, Belarus və Azərbaycanın ticari-iqtisadi göstəriciləri nəinki pisləşməyib, əksinə yaxşılaşıb”.

Report” xəbər verir ki, bu barədə Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov Belarus Respublikasının Müstəqillik Gününə və Azərbaycanla ikitərəfli münasibətlərə həsr olunmuş məqaləsində bildirib.

Diplomatın sözlərinə görə, 2020-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi yarım milyard ABŞ dollarlıq səviyyəyə yaxınlaşıb: “Azərbaycan Belarusun 15 ən böyük ticarət tərəfdaşı sırasına daxil olub. Cari ildə də bu tendensiya saxlanılır. 2021-ci ilin 4 ayı ərzində ticatrət dövriyyəsi 250 milyon ABŞ dolları keçib, bu isə ötən ilin analoji dövrünün göstəricilərini 2 dəfə üstələyir”.

“İki ölkə arasında ticarət dövriyyəsinin ümumi artımına ötən il Azərbaycandan Belarusa neft tədarükü də məhdud səviyyədə öz töhfəsini verib: razılaşmaya əsasən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Mozır NEZ üçün 800 min tondan çox neft ixrac edib. Hazırda da Belarusa Azərbaycan karbohidrogenlərinin tədarükü davam edir. Artıq ilin əvvəlindən təxminən 360 min ton neft ixrac edilib”, - səfir qeyd edib.

A.Ravkovun sözlərinə görə, tərəflər neft-kimya sahəsinin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi üzərində çalışırlar.

“Beləliklə, Belarus-Azərbaycan münasibətləri artıq təşəkkül dövrünü arxada qoyub və açıqlığa, dostluğa və etibara söykənən keyfiyyətcə yeni uzunmüddətli strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Hazırda mövcud obyektiv çətinliklərə baxmayaraq, biz ikitərəfli münasibətlərin gələcək inkişafına inamla baxır və azərbaycanlı dostlarımızla ikitərəfli münasibətlərin gələcək inkişafına istiqamətlənmişik. Əminəm ki, pandemiyanın aradan qalxması ilə əldən verilmiş bütün imkanlar bərpa ediləcəkdir”, - səfir əlavə edib.

Son xəbərlər

Orphus sistemi