Səfər Mehdiyev Qaxda vətəndaşları qəbul edib

Səfər Mehdiyev Qaxda vətəndaşları qəbul edib Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görü
Biznes
27 May , 2022 14:09
Səfər Mehdiyev Qaxda vətəndaşları qəbul edib

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Qax rayon Heydər Əliyev Mərkəzində Qax və Şəki rayonlarından olan vətəndaşları qəbul edib.

"Report" Komitəyə istinadən xəbər verir ki, qəbul qurumun müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilib.

Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

S.Mehdiyev qaldırılan məsələlərin bir qismini yerindəcə həllini edib, bəzi müraciətlərin isə araşdırılması üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Son xəbərlər

Orphus sistemi