​SECO: Azərbaycanda kiçik və orta biznesin maliyyələşməsində problemlər var

​SECO: Azərbaycanda kiçik və orta biznesin maliyyələşməsində problemlər var Simon Heberli: "İsveçrədə kiçik və orta biznesin ÜDM-ə töhfəsi Azərbaycandan 50 dəfə artıqdır"
Biznes
24 Noyabr , 2015 15:22
​SECO: Azərbaycanda kiçik və orta biznesin maliyyələşməsində problemlər var

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycanda kreditləşmə əməliyyatlarında daşınar əmlakın təminat kimi istifadəsi kiçik və orta biznesin ÜDM-ə töhfəsini artıra bilər. "Report"un verdiyi xəbərə görə, bunu İsveçrənin İqtisadi məsələlər üzrə Dövlət Katibliyinin (SECO) regional direktorunun müavini Simon Heberli (Simone Haeberli) məlumat verib.

"Azərbaycanda kiçik və orta biznes ümumi daxili məhsula cəmi 10% töhfə verir. İsveçrədə kiçik və orta biznesin ÜDM-ə töhfəsi 60%, məşğulluqda isə 70%-dir. 2014-cü ildə Azərbaycanda kiçik və orta biznes ÜDM-ə 8 mlrd. manat töhfə verib. İsveçrədə bu göstərici Azərbaycandan 50 dəfə artıqdır. Bu isə onların rahat və sərfəli maliyyələşməsinin təşkili ilə bağlıdır", - SECO rəsmisi bildirib.

Onun sözlərinə görə, Azərbaycanda KOB nümayəndələrinin əksəriyyəti maliyyələşməyə çıxış imkanlarının məhdudluğundan şikayət edir: "Dünya Bankının ölkədə kiçik və orta biznes nümayəndələri arasında apardığı sorğuda iştirak edənlərin 51%-i kapitala çıxış imkanlarının çətinliyini qeyd ediblər. Daşınar əmlak reyestrinin yaradılması, kreditləşmədə təminat kimi daşınar əmlakın da nəzərə alınması KOB-ların maliyyə resurslarına çıxış imkanlarını genişləndirə bilər", - S.Heberli qeyd edib.

Son xəbərlər

Orphus sistemi