Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forum işinə başlayıb

Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forum işinə başlayıb İlk iş günü "İyirmilik qrupu" forumu ilə başlayıb
Biznes
16 İyun , 2016 10:59
Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forum işinə başlayıb

Bakı. 16 iyun. REPORT.AZ/ Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forum işinə başlayıb (PBİF).

Bu barədə "Report" Rusiya KİV-inə  istinadən xəbər verir.

İlk iş günü G20-ə daxil olan ölkələrin inkişaf prioritetlərinə həsr olunan "İyirmilik qrupu" forumu ilə başlayıb.

PBİF-in təntənəli açılış mərasimi Moskva vaxtılə saat 12:00-də başlayacaq (Bakı vaxtılə 13:00).

Peterburq Beynəlxalq İqtisadi Forumu 1997-ci ildən etibarən hər il keçirilir. 2005-ci ildən başlayaraq, forumda Rusiya prezidenti Vladimir Putin iştirak edir. Bu il PBİF "Yeni iqtisadi reallıq erasının astanasında" şüarı altında keçirilir.

Son xəbərlər

Orphus sistemi