Bakı. 19 fevral. REPORT.AZ/ Aprelin 28-29-da Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində II Milli Mühasiblər Forumu keçiriləcək.
“Report”un məlumatına görə, tədbirin təşkilatçıları Vergilər Nazirliyi, Auditorlar Palatası, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyi, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi və Gənc Mühasiblər Birliyidir.
Forumun reallaşmasında məqsəd Azərbaycan mühasiblərinin problemlərinin öyrənilməsi, mühasibat uçotu və vergi qanunvericiliyi üzrə tədqiqatların və araşdırmaların stimullaşdırılması və beynəlxalq təcrübə üzrə məlumatlılığın artırılmasıdır. Tədbirdə mühasiblər, alimlər, ictimai xadimlər, dövlət və özəl sektorun nümayəndələri bir araya toplanaraq mövzular ətrafında müzakirələr aparacaq, innovativ təkliflər irəli sürəcəklər. Forumda mühasibat uçotu sahəsində müxtəlif nominasiyalar üzrə müsabiqələrin keçirilməsi planlaşdırılır. Bura ilin mühasibat uçotu sahəsində ən yaxşı treneri, jurnalı, məqaləsi, kitabı və proqram təminatı nominasiyaları üzrə maraqlı müsabiqələr daxildir. Qalibləri pul mükafatları, hədiyyələr və sertifakatlar gözləyir.
II Milli Mühasiblər Forumunda iştirakla bağlı heç bir ödəniş tələb olunmur. Bütün xərclər Təşkilat Komitəsi tərəfindən qarşılanmaqla yanaşı, tədbirin ikinci günü Şamaxı və İsmayıllı rayonlarının ən gözəl güşələrinə gəzinti də təşkil olunacaq. Dinləyici kimi iştirak arzusunda olanlar martın 1-dək bu istəklərini Təşkilat Komitəsinə bildirməlidirlər.
Müraciət etmək üçün